Bakının Sabunçu rayonunda yeniyetmə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.
Atasının maşınından düşən 15 yaşlı Məhərrəm Əhmədlini başqa bir avtomobil vurub.
Yeniyetmə 3 saylı Şəhər Kliniki xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib. Xəstəxanadan verilən məlumata görə, Məhərrəm Əhmədli xəstəxanaya çatdırılanda bioloji ölüm artıq baş veribmiş.