AVRO-2016-nın seçmə mərhələsində III turun son oyunları başa çatıb.
Oxu.Az xəbər verir ki, Apasport.az saytının məlumatına görə, yekun matç günü D, E, F və İ qrupun komandaları mübarizə aparıb.
II turda Polşaya uduzan (2:0) Almaniya bu dəfə İrlandiyanı sınağa çəkib. Bundestim təmsilçisi yenə azarkeşlərini sevindirə bilməyib. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.
Polşa isə Şotlandiyanı qəbul edib. Bu görüşdə də qalib müəyyənləşməyib. Hərəyə 2 qol vuran komandalar meydandan sülhlə ayrılıb.
Portuqaliya isə ilk 3 xalına sevinib. Danimarkanı qəbul edən yeni baş məşqçi Fernando Santuşun yetirmələri qələbəni son dəqiqədə əldə edib. Kriştianu Ronaldonun 90+5-ci dəqiqədə vurduğu qol oyunda qalibi müəyyənləşdirib.
Qeyd edək ki, Albaniya milli azadlıq ordusunun bayrağı meydançaya Serbiya-Albaniya oyununun birinci hissəsinin sonunda buraxılıb. Nəticədə hər iki komandanın oyunçuları arasında dava düşüb. Oyun yarımçıq dayandırılıb.
AVRO-2016-nın seçmə mərhələsi
14 oktyabr
D qrupu
Almaniya - İrlandiya - 1:1
Qollar: Kroos, 71 - O'Shea, 90+4
Polşa – Şotlandiya - 2:2
Qollar: Mąszynski, 13, Milik, 76 - Maloney, 18, Naismit, 57
Cəbəllütariq – Gürcüstan - 0:3
Qollar: Gelaşvili, 9, Okriaşvili, 19, Kankava, 66
E qrupu
San-Marino – İsveçrə - 0:4
Qollar: Səfəroviç, 10; 24, Cemaili, 30, Şaqiri, 79
F qrupu
Finlandiya - Rumıniya - 0:2
Qollar: Stanku, 54; 83
Yunanıstan – Şimali İrlandiya - 0:2
Qollar: Vard, 9, Lafferti, 51
Farer adaları – Macarıstan - 0:1
Qol: Szalai, 21
İ qrupu
Danimarka – Portuqaliya - 0:1
Qol: Ronaldo, 90+5
Serbiya - Albaniya - 0:0 (yarımçıq dayandırıldı)