Binəqədidə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar tıxac yaranıb.
Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Oxu.Az-a verilən məlumata görə, Binəqədi şosesində (Baksol yolu, “Banu çiçək” şadlıq sarayının yaxınlığı) yol nəqliyyat hadisəsi baş verib.
Yük maşınının təxliyyə etdiyi ekskavatorun çömçəsi körpüyə dəyərək, dağıntıya səbəb olub.
Məlumatda bildirilir ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb.
