Dünən axşam saatlarında Bakıda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, Babək prospektində şəhər istiqamətində hərəkət edən 90 VZ 895 dövlət nömrə nişanlı “Opel Astra” markalı avtomobil idarəetməni itirərək eyni istiqamətdə hərəkət edən “Hyundai Elantra”, “Mercedes 190” və “Mercedes c-class” markalı avtomobillərə çırpılıb.
Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
Elvin Əhmədov
Foto: Murad Qəmbərov