Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində kütləvi intihara cəhd edən şəxslər xilas edilib.
Oxu.Az-ın məlumatına görə, bu gün saat 16:00 radələrində Bakıda bir neçə şəxsin intihara cəhd hadisəsi qeydə alınıb.
Bu barədə Report-a Suraxanı Rayon Polis İdarəsindən (RPİ) məlumat verilib.
Belə ki, Suraxanı rayonu Qaraçuxur qəsəbəsində 81 saylı sərnişin avtobusunun sonuncu dayanacağının yaxınlığında yerləşən yarımtikili binada 5 nəfər intihar etməyə cəhd göstərib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.
Məlumata görə, hadisə yerinə cəlb olunan xilasedicilər həmin şəxslərlə söhbət zamanı onları fikirlərindən yayındıra biliblər. Xilas edilən şəxslər Suraxanı RPİ-nin 32-ci Polis Bölməsinə aparılıblar. Hazırda onların şəxsiyyəti və intihara cəhd etmələrinin səbəbləri araşdırılır.