Bakıda Ziya Bünyadov prospekti istiqamətində baş verən qəza sıxlığa səbəb olub.
Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Bildirilib ki, Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində yol-nəqliyyat hadisəsi baş verib.
Qəza səbəbindən qeyd olunan prospektdə sıxlıq yaranıb. Sürücülərin rahat hərəkətini təmin etmək üçün tədbirlər görülür.