Bir neçə gün öncə Bakının Nəsimi rayonu Rəşid Behbudov küçəsində qəza törətmiş şəxs mətbuatın onu “Rəna” kimi tanınan Dadaşpaşa adıyla təqdim etməsindən narazıdır.
Oxu.Az xəbər verir ki, Ölkə.Az-ın redaksiyası ilə əlaqə saxlayan sürücü bildirib ki, onun keçmiş adı Dadaşpaşa yox, Hətəmpaşa olub:
“İki il əvvələ kimi mənim adım və soyadım belə idi - Dəmirov Hətəmpaşa Altay oğlu. Amma hazırda həm rəsmi qaydada, həm də tibbi üsullarla cinsimi dəyişdirmişəm. Bütün rəsmi sənədlərdə adım “Dəmirova Ayla Altay qızı kimi gedir”.
E.Ə.
www.oxu.az