Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə şahidlərinin Oxu.Az-a verdiyi məlumata əsasən, Bakıxanov qəsəbəsində “Toyota” markalı avtomobil “VAZ” markalı avtomobillə toqquşub.
Zərbə nəticəsində “VAZ” markalı avtomobil idarəetməni itirib, səkidə dayanmış zibil qutusuna, daha sonra ağaca çırpılıb.
Səkidə dayanmış zibil qutusunun aşması nəticəsində məişət tullantıları əraziyə səpələnib.
Faktla bağlı araşdırma aparılır.
E.Ə.
Foto: Sərdar Əliyev
www.oxu.az