Heydər Əliyev prospektinin Nərimanov rayonu ərazisinə düşən hissəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı ölən şəxsin kimliyi məlum olub.
Oxu.Az xəbər verir ki, “Mercedes” markalı avtomobilin vuraraq öldürdüyü şəxsin adı İlqar Abbasovdur.
00:44
Nərimanov rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, qəza Heydər Əliyev prospektinin rayon ərazisinə düşən hissəsində qeydə alınıb.
Kimliyi naməlum ortayaşlı kişi piyadalar üçün müəyyən edilməyən hissədən yolu keçmək istəyib. Bu zaman “Mercedes” markalı avtomobil onu vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib. Meyitin üzərinə ilkin baxış zamanı şəxsiyyətini təsdiq edən sənəd aşkarlanmayıb.
Qəzanın baş verdiyi yerin yaxınlığında isə yeraltı piyada keçidi var.
Hadisə baş verən prospektdə, şəhər istiqamətində sıxlıq yaranıb. Polis əməkdaşları yolda tənzimləmə işləri aparıb.
İnsidentin təfərrüatı araşdırılır.
Kamil Əmirli