Bakı şəhərində həkimlər gənc oğlanı şikəst olmaqdan qurtarıblar. Oğlanın qopmuş qolu yerinə tikilib.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, noyabrın 8-də laqonda gəncin qolunu kəsib.
Bilək nahiyəsindən kəsilən əl dəridən asılı vəziyyətdə qalıb. Amputasiya olunmaq üzrə olan qolu M.A.Topçubaşov adına Klinik Cərrahiyyə Elmi-Tədqiqat İnstitutunun həkimləri yerinə tikiblər.
Artıq xəstənin qolu işləyir.
Günün sonu olduğundan xəstəxanadan hər hansı mövqe öyrənə bilmədik. Məsələyə qayıdacağıq...