Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Bakıda qumbara aşkarlanıb
Bakı şəhərinin Nərimanov rayonu ərazisində sursat aşkar edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib:
"Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı bir ədəd "M-75" əl qumbarası, bir ədəd "M-75 P1" partladıcısı, 18 ədəd 7.62 mm-lik atıcı silah mərmisi, bir ədəd "AKM" avtomatın güllə sandığı olduğu müəyyən edilib.
Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb".

"Bakı" teqi üzrə xəbərlər
- Sürücülərin NƏZƏRİNƏ: Paytaxtın bir sıra yollarında hərəkət məhdudlaşdırılacaq
- Bakıda mühafizəçinin üzərindən maşın keçdi - TƏFƏRRÜAT
- Bakıda 62 yaşlı kişi küçədə öldü
- "Euronews" Bakıda keçirilmiş islamofobiya ilə mübarizə konfransı barədə videosüjet hazırlayıb
- Bakıda qadın ürəyindən bıçaqlandı, evdəki "müalicə" xeyir etmədi