Bakının Nizami rayonu ərazisində əlində qumbara olan şəxs insanlarda böyük qorxu və həyəcan yaradıb.
O əlindəki qumbara ilə özünü partladacağını bildirib.
Oxu.Az ANS-ə istinadən xəbər verir ki, hadisə gecə saatlarında Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Naxçıvanski küçəsi, 104 ünvanında baş verib.
Hadisə zamanı həmin binada yaşayan 1961-ci il təvəllüdlü Babayev Saleh Qüdrət oğlu binanın damına çıxaraq əlində olan 2 ədəd istifadəyə yararlı qumbara ilə özünü partladacağını deyib. Bu da ətrafda yaşayan sakinlərdə, o cümlədən onun ailə üzvləri arasında çaşqınlıq və ajiotaja səbəb olub.
Bu səbəbdən də hadisə yerinə hüquq-mühafizə orqanları, o cümləfən Nizami rayon Polis İdarəsi 24-cü polis bölməsinin əməkdaşları cəlb edilib. Həmçinin FHN-nin xilasediciləri də hadisə yerinə yollanıb. Görülən tədbirlər nəticəsində Babayev Saleh qumbaranı partlatmağa macal tapmadan zərərsizləşdirilib və saxlanılaraq 24-cü polis bölməsinə aparılıb.
Qeyd edək ki, Babayev Saleh qürbət oğlu II qrup əlildir və o, epilepsiya xəstəliyindəın əziyyət çəkir. Hadisənin isə onun ailəsində yaranan mübahisə səbəbindən baş verdiyi bildirilir.
Hazırda faktla bağlı araşdırmalar davam edir.