Bakıdan sonra tikinti işlərinin tempinə görə Azərbaycan şəhərlərinin ilk beşliyinə Sumqayıt, Gəncə, Mingəçevir və Lənkəran daxildir.
Oxu.Az xəbər verir ki, bu barədə “Exo” ilə söhbətdə “Əmlak bazarı iştirakçıları” İctimai Birliyinin icraçı direktoru Ramil Osmanov bildirib.
Onun sözlərinə görə, Sumqayıtın ikinci mövqeyi onun paytaxta yaxın olması ilə əlaqələndirilir.
Gəncəyə gəldikdə isə, R.Osmanov onun tarixi şəhər olduğunu qeyd edir:
“Dövlət orqanları tərəfindən bu şəhərdə quruculuq işləri aparılır”.
Son iki ildə Mingəçevirdə, Kürün sahilində turizm sahəsi üzrə geniş inşaat işləri aparılır, R.Osmanov qeyd edir. Bundan başqa, dövlət orqanları həmin zonalarda geniş tikinti işləri həyata keçirirlər, ekspert deyir:
“Məsələn, ictimai iaşə və ticarət obyektləri dağıdılıb, onların sahiblərinə kompensasiya ödənildikdən sonra park salınıb”.
R.Osmanovun rəyinə görə, ilk beşliyi Lənkəran şəhəri tamamlayır.
“Son illər bu şəhərdə də geniş inşaat işləri aparılır. Ümumilikdə, yuxarıda adları çəkilən şəhərlərdə əhali sıx yaşayır. Bununla əlaqədar, digər yaşayış məntəqələri ilə müqayisədə həmin şəhərlərə dövlət büdcəsindən daha çox vəsait ayrılır. Bu vəsaitlərin bir hissəsi elə tikinti işlərinə sərf olunur. Bundan başqa, inşaat şirkətləri dinamik inkişaflarını nəzərə alaraq, həmin şəhərlərə maraq göstərirlər və o yerlərdə yaşayış binaları tikməyə çalışırlar” – deyə, R.Osmanov vurğulayıb.