Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Bakıda Qurban bayramı coşqusu: İnsanlar kəsim məntəqələrinə axışırlar
Qurban bayramı ilə əlaqədar paytaxtın bir çox yerlərində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən stasionar kəsim məntəqələri əhaliyə xidmət göstərir.
Oxu.Az-ın əməkdaşları paytaxtın Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi 116 (Mir Mövsüm Ağa Ziyəratgahı) ünvanında yerləşən kəsim məntəqəsindəki prosesi izləyiblər.
Xeyli insan var. Bu da onu göstərir ki, vətəndaşlar artıq qanunsuz və antisanitar şəraitdə fəaliyyət göstərən kəsim obyektlərinə müraciət etməkdən imtina edirlər.
Qurbanlıq qoyunların kiloqramı 8-10 manata təklif edilir.
Məntəqədə həkim nəzarətindən keçmiş heyvanların kəsimi həyata keçirilir, AQTA-nın əməkdaşları prosesə nəzarət edirlər. Bütün heyvanlar tibbi müayinədən keçiriliblər. Kəsilən heyvanların baytar tərəfindən sağlamlıq arayışları var. Qəssablar kəsimə namazdan sonra başladıqlarını deyirlər:
"Saat 12-yə qədər 146 heyvan kəsilib. Hər kəs öz heyvanını gətirib kəsdirib aparır. Elə insanlar var ki, kəsdirdiyi heyvanın müəyyən hissəsini burada saxlayır, o da ehtiyacı olan insanlara verilir. AQTA-nın işçiləri də prosesə nəzarət edirlər. İslam qaydalarına uyğun, sanitar və gigiyenik normalara riayət olunaraq kəsilir, doğranılır, vətəndaşlara təhvil verilir".
Vətəndaşlar da göstərilən xidmətdən razı olduqlarını bildirdilər.
Qurban bayramınız mübarək!
Daha çox foto burada: PhotoStock.Az
Nəzrin Vahid
"Qurban Bayramı 2024" teqi üzrə xəbərlər
- Azərbaycanda 2025-ci ilin qeyri-iş günləri açıqlanıb
- 2025-ci ildə Novruz, Ramazan və Qurban bayramı günləri müəyyən edilib
- 28 nəfəri aldadıb, birdəfəyə 20 min alırmışlar: "Vergi ödəməmək üçün pulu əlbəəl istədilər"
- Şuşada daşınmaz əmlak əldə etmək istəyənlərə ŞAD XƏBƏR
- Bayram günlərində baş verən qəzalarda ölənlərin sayı AÇIQLANDI