Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Bakıda restoranda adı “Qırmızı kitab”a düşən heyvan əti verilib - VİDEO
Bakıda kafelərin birində müştərilərə oxatan kirpi əti verilib.
Oxu.Az-ın Xəzər TV-yə istinadən məlumatına görə, bunu təsdiq edən video müştərilər tərəfindən çəkilərək YouTube portalına yüklənib.
Görüntülərdə onlar kirpi kababının dadlı olduğunu deyirlər.
Bundan başqa, elə video çəkənlər tərəfindən oxatan kirpi ətinin payız aylarında yeyilməsi də tövsiyə edilir.
Restoran adminstratorunun sözlərinə görə, həmin videogörüntü xeyli müddət əvvəl çəkilib. Restorana kirpi əti isə ovçular tərəfindən gətirilib.
Qeyd edək ki, oxatan kirpinin ovlanması qadağandır və nəsli kəsilmək üzrə olduğundan onun adı “Qırmızı kitab”a salınıb.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, ölkədə oxatan kirpi kimi canlıların nəsli kəsilməkdə olduğundan onların ovlanması artıq 10 ilə yaxındır ki, qadağandır.
Vətəndaşlar bu kimi hallarla qarşılaşanda mütləq nazirliyin 168 saylı çağrı mərkəzinə məlumat versinlər.
Nazirlik tərəfindən məsələ araşdırılacaq, əgər fakt təsdiqini taparsa, lazımi tədbirlər görüləcək.
"Bakı" teqi üzrə xəbərlər
- Bakı şəhərində tramvay xətlərinin inşa olunması üçün zonalar müəyyənləşdirilir
- Bakıda şadlıq sarayı bir gündə yararsız hala düşdü
- İtlərin hücumuna məruz qalan məktəbli DANIŞDI: "Üstümə gəldi, sığallamaq istəyirdim"
- Yararsız qalıb küçələrə səpələnən baryerlərlə bağlı RƏSMİ AÇIQLAMA
- Avtomobillərə qaz balonu kimin icazəsi ilə və harada quraşdırılmalıdır?
Rəylər