Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Bakıda sərnişindaşımada YENİLİK: Elektrik mühərrikli avtobuslar xəttə buraxıldı
Bu gündən etibarən elektrik mühərrikli 160 ədəd avtobuslar müntəzəm marşrut xətti üzrə fəaliyyət göstərməyə başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "BakuBus" MMC-nin Mətbuat Xidməti məlumat yayıb.
Qeyd olunub ki, COP29 tədbiri çərçivəsində istismara verilən bu avtobuslar artıq "BakuBus"ın marşrut xətlərində sərnişinlərin xidmətində olacaq.
Elektrik avtobuslarının istismarı üçün xüsusi olaraq müasir standartlara cavab verən qaraj infrastrukturu da yaradılıb. Qaraj sərnişinlərə yüksəkkeyfiyyətli xidmət göstərilməsi üçün bütün zəruri şəraitlə təmin olunub.
"Bu gündən etibarən 1, 5, 14, 21 və 88A nömrəli marşrut xətləri üzrə BYD markalı elektrik mühərrikli avtobuslar fəaliyyətə başlayıb. Bu avtobuslar müasir qarajdan xəttə buraxılır və sərnişinlərə xidmət göstərir.
Elektrik mühərrikli avtobuslar sıfır emissiya texnologiyası ilə təchiz edilib ki, bu da ətraf mühitin qorunmasına mühüm töhfə verir. Bununla yanaşı, avtobuslar sərnişinlərin komfort səviyyəsini artırmaq üçün ən son texnologiyalarla təmin olunub", - məlumatda qeyd olunub.
"Elektrik mühərrikli avtobuslar" teqi üzrə xəbərlər
- Bakının 2030-cu ilə kimi tamamilə elektrobuslara keçidi gözlənilir: Bu nə dərəcədə real görünür?
- Elektrik mühərrikli avtobusun enerji ehtiyatı qurtardı: Sərnişinlər yolda QALDILAR
- Bakıya yeni gətirilən elektrikli avtobusların XÜSUSİYYƏTLƏRİ
- Sərnişin nəqliyyatında elektrik mühərrikli yeni avtobuslar işləyəcək?
- Azərbaycanda elektrik avtobuslar istehsal ediləcək - SAZİŞ İMZALANDI
Rəylər