Bakı şəhəri, Nizami rayonu, Ə.Vəliyev küçəsində sexdə yanğın baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, hadisə yerinə cəlb olunan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
"Yanğın nəticəsində ümumi sahəsi 3250 kv.m olan bir dam altında tikilmiş müxtəlif təyinatlı obyektlərdən mebel sexinin taxta atmaları 400 kv.m və içərisindəki mebel əşyaları 100 kv.m sahədə, avtomobil təmiri sexi 100 kv.m sahədə və sexdəki 1 ədəd avtomobilin yanar hissələri, avtomobil ehtiyat hissələrinin satışı sexinin dam örtüyü 20 kv.m sahədə və açıq əraziyə yığılmış mebel avadanlıqları 40 kv.m sahədə yanıb. Obyektin böyük hissəsi, həmçinin təmirə dayanmış 5 ədəd avtomobil və avtomobil ehtiyat hissələri yanğından mühafizə olunub. Xəsarət alan olmayıb", - məlumatda qeyd olunub.
Bakıda sexdə yanğın olub
Bakıda sexdə yanğın olub
Rəylər