Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

"Formula-1" Azərbaycan Qran-prisinə gələn xarici media nümayəndələri üçün tur təşkil edildi
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) "Formula-1" Azərbaycan Qran-prisinin yarış həftəsində beynəlxalq KİV nümayəndələri üçün ənənəvi mediatur təşkil edib. Hər il böyük maraqla qarşılanan tur jurnalistlərə yarış həyəcanı ilə yanaşı, Azərbaycanın zəngin tarixi və təbiəti ilə tanış olmaq fürsəti yaradıb.
Bu barədə Oxu.Az-a BŞH-dən bildirilib.
Mediatur UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş Qobustan Milli Tarix-Bədii Qoruğundan başlayıb. Qoruq ərazisində yerləşən muzeylə tanış olan xarici jurnalistlərə Azərbaycanın tarixi və qədim qayaüstü təsvirlər haqqında ətraflı məlumat verilib.
Palçıq Vulkanları Turizm Kompleksində davam edən turda xarici KİV nümayəndələri palçıq vulkanlarının xüsusiyyətləri və maketi ilə tanış olublar. Sərgi zalı və emalatxananı ziyarət edən jurnalistlərə mərkəzdə Azərbaycanın müxtəlif bölgələrindən toplanmış 80-ə yaxın nadir mineral haqqında məlumat verilib.
Mediatur İçərişəhərdə yekunlaşıb. Burada xarici media nümayəndələri İçərişəhərin qədim küçələri və tarixi ilə tanış olublar.
Qeyd edək ki, bu il "Formula-1" Azərbaycan Qran-prisini 300-ə yaxın yerli və xarici media nümayəndəsi işıqlandıracaq.
"Formula-1 Baku (2024)" teqi üzrə xəbərlər
- "Formula-1"in 75 illiyi ilə bağlı möhtəşəm tədbirin VAXTI AÇIQLANDI
- CFI şirkətindən misli görünməyən rekord: Ticarət həcmi 1.12 trilyon dolları ötdü
- CFI şirkəti CFI Azerbaijan-ın rəsmi açılışını qeyd edir
- "Formula-1" üzrə Azərbaycan Qran-prisi üçün bilet satışına rəsmi start verildi
- Gənclər və İdman Nazirliyi ilin ən yaxşılarını mükafatlandırıb