Alov qüllələrinin gözəlliyini əks etdirən növbəti fotolar paylaşılıb.
Oxu.Az xəbər verir ki, fotoları paylaşan “Baku Media Center” bu fotosessiyanı “Bakı bizim gözlərimiz ilə” adlandırıb.
“Baku Media Center” çəkdikləri möhtəşəm görüntüləri ilə bağlı yazı əlavə edib, “Bakı gözəlliklər şəhəri, kontrastlar məkanıdır.
Bu qədim, eyni zamanda müasir şəhərin bütün gözəlliyini sözlə ifadə eləmək olduqca çətindir. Ona görə də biz bu gözəlliyi şəkillər vasitəsilə göstərmək qərarına gəldik. Və bu şəkilləri çəkəndə biz peşəkarlığımızla yanaşı, həm də bu gözəl şəhərə tükənməz sevgimizi ifadə elədik”.
Oxu.Az Alov qüllələrinin bir-birindən möhtəşəm fotolarını təqdim edir: