Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Bakıda SULU QAR yağacağı gözlənilir - 18.12.2024-ün HAVA PROQNOZU
Azərbaycan ərazisində dekabrın 18-də gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Gecəyə doğru yarımadanın bəzi yerlərində yağıntının intensivləşəcəyi, sulu qara keçəcəyi ehtimalı var. Arabir güclənən cənub-qərb küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 4-6°, gündüz 8-12° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75% olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti, əsasən, yağmursuz keçəcək. Lakin səhər dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 9-14° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.
"Hava proqnozu" teqi üzrə xəbərlər
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda arabir yağıntılı olacaq, dağlarda 10 dərəcə şaxta gözlənilir - 17.12.2024-ün HAVA PROQNOZU
- Bakıda küləyin sürəti saniyədə 21 metrə çatıb - FAKTİKİ HAVA
- Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?
Rəylər