Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Ambulator dərman vasitələri ilə təminata 40 milyon manat ayrılır: İcra nə zaman başlayacaq?
Ambulator dərman vasitələrinin təminatına gələn ilin altı ayı üzrə 40 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev qurumun ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, ilk mərhələdə ürək-damar sistemi, ikinci mərhələdə həzm sistemi, üçüncü mərhələdə isə tənəffüs sistemi xəstəlikləri üçün dərmanlar olacaq.
O qeyd edib ki, "Tibbi sığorta haqqında" Qanun Milli Məclisdə 3-cü oxunuşdan keçib:
"Qanunun tələbindən irəli gələn tapşırıqların icra edilməsinə, mexanizmlərin yaradılmasına yarım ilə yaxın vaxt tələb olunur. Bu o deməkdir ki, ambulatorda dərman təminatına ilin ikinci yarısı başlanılacaq".
"Dərman vasitələri" teqi üzrə xəbərlər
- Dünyanın ən çox xəstələnən əhalisi - Dərman preparatlarının 70 faizini amerikalılar alırlar
- Dərmanlar apteklərə çatdırılana qədər tərkibləri necə təhlil olunur?
- Aytən Əliyeva: "Revmatoloji xəstəlik insanların həyati fəaliyyətinə çətinlik yaradan amildir"
- Həkimlər bahalı dərman satışından faiz götürür?
- Dörd dərmanın qiyməti azaldılıb, 46-sının qiymətinin yuxarı həddində dəyişiklik edilib