Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Bakıda sürücüdən qeyri-adekvat davranış: Sərnişinləri avtobusla birgə yolda qoyub aradan çıxdı - FOTO/VİDEO
“BakuBus” sürücüsü gecəyarı sərnişinləri yolda qoyub.
Bununla bağlı Oxu.Az-a sərnişinlər məlumat veriblər.
Onların iddiasına görə, 5 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsü gecə saat 00:00 olduqda avtobusu dayanacaqda saxlayıb, sərnişinləri düşürüb. Sürücü sərnişinlərə başqa bir avtobusun gələcəyini bildirib və ona minməyi tapşırıb.
Sürücünün bu əməlinə etiraz edən sərnişinlər avtobusu tərk etmək istəmədikdə, sürücü mühərriki söndürüb, avtobusun qapılarını açıq qoyaraq taksiyə əyləşib və gedib.
Sərnişinlərin çəkdiyi görüntüləri təqdim edirik:
Bakıda sürücüdən qeyri-adekvat davranış: Sərnişinləri avtobusla birgə yolda qoyub aradan çıxdı - FOTO/VİDEO

"BakuBus MMC" teqi üzrə xəbərlər
- "BakuBus" avtobusunun qəzası zamanı xəsarət alan şəxs evə buraxılıb
- Bakıda "BakuBus" yük maşınına ÇIRPILDI: Sürücünün son durumu AÇIQLANDI
- Prezident "BakuBus" MMC-yə 33,4 milyon manat ayırdı
- "Bakubus" sürücüsü piyada keçidində məktəblini VURUB ÖLDÜRDÜ: HƏBS EDİLDİ
- "Baku Bus"ın sükan arxasında infarkt keçirən sürücüsünün vəziyyəti AÇIQLANDI
Ən çox oxunanlar