Bakıda sürücü yol kənarındakı tikilinin üzərində kamera quraşdırıldığını və görüntülər əsasında cərimə tərtib edildiyini deyir.
Oxu.Az xəbər verir ki, sözügedən iddia ilə bağlı videogörüntü sosial şəbəkədə paylaşılıb.
Sürücü iddia edir ki, Zığ şosesində yol kənarındakı yarımtikilinin üzərində nəqliyyat vasitələrinə cərimə tərtib edən nəzarət kamerası yerləşdirilib.
Sürücü bildirib ki, həmin kamera vasitəsilə ona sükan arxasında təhlükəsizlik kəmərini taxmadığına görə elektron protokol tərtib edilib.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, irəli sürülən iddialar həqiqəti əks etdirmir.
Qeyd edək ki, sözügedən protokolda əks edilən fotoya diqqət etdikdə, nəqliyyat vasitəsinin görüntüsünün yolun hərəkət hissəsindən çəkildiyi aydın görünür.
Könül Cəfərli
Rəylər