Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Bakıda sürücüləri çaşdıran yol nişanı - Necə olmalıdır?
Baku TV-nin "Necə olmalıdır?" rubrikasının yeni buraxılışı yayımlanıb.
Bu dəfə paytaxtın Tağı Şahbazi küçəsində sürücülərin yol nişanı ilə bağlı yaşadıqları problem haqqında məlumat verilib.
Qeyd edilib ki, küçəyə kəsişmədən daxil olan nəqliyyat vasitələrinin sürücüləri avtomobili yolun sağında saxlayıb-saxlaya bilməyəcəklərini bilmirlər.
Çünki dayanma-durmanı qadağan edən nişan bir qədər irəlidə qoyulub. Vurğulanıb ki, adıçəkilən küçədə nişanın əvvəldə olması çaşqınlıq yaradır:
"Əslində, burada qeyri-qanuni heç nə yoxdur. Sadəcə kəsişmədən daxil olan sürücülərin həmin nişanı görməməsi anlaşılmaz vəziyyət yaradır. Yaxşı olar ki, "dayanma-durma qadağandır" nişanı kəsişmədən sonra qoyulsun ki, cərimə olunanların sayı da azalsın".
Daha ətraflı süjetdə:

"Yol nişanları" teqi üzrə xəbərlər
- Sürücülərin işini çətinə salan məsələ: Sıxlığı artıran problem necə həll edilməlidir?
- Bakının mərkəzi küçəsində aşan yol nişanı bərpa edilib
- Şəhər şosesində yol nişanı sürücülər arasında çaşqınlıq yaradıb
- Məşhur ticarət mərkəzinin yaxınlığındakı yol sürücüləri çaşdırır
- Bakının mərkəzindəki köməkçi yolda yeni qadağa nişanları qoyuldu