Baku TV-nin "Xülasə" verilişinin yeni buraxılışı yayımlanıb.
Bakıda tarixi memarlıq abidələrinin qorunmasına niyə lazımi diqqət göstərilmir?
Şəhərin simasını dəyişdirən qanunsuz müdaxilələrə kimlər icazə verir?
Borcunu vaxtında ödəyən abonentlərin qonşularının borcuna görə istiliksiz qalması nə dərəcədə ədalətlidir?
Dövlət xəstəxanalarında ödənişsiz tibbi xidmət müqabilində pul tələb edilməsi iddiaları və elektron sistemlərin işləməməsi səhiyyə sistemində hansı problemləri üzə çıxarır?
Heyvandarlıq müəssisələri üçün yeni tələblər kiçik fermerlərə necə təsir edəcək?
Verilişdə həftə ərzində gündəm olan bu və digər hadisələr diqqətə çatdırılaraq şərh edilib.