Bakının Nəsimi rayonu 28 May küçəsində yerləşən tarixi binada tikilən qanunsuz mansard sökülür.
Oxu.Az-ın məlumatına görə, söküntü işləri Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən aparılır.
:640.jpeg)
Tarixi binanın üzərindəki qanunsuz tikili 2008-ci ildə inşa edilib. 1908-ci ildə təməli qoyulan tarixi binada qanunsuz tikilinin kim və ya kimlər tərəfindən inşa edildiyi istiqamətində araşdırma başladılıb.

Həmin bina mühafizə olunan tarix və mədəniyyət abidələri siyahısındadır.
:640.jpeg)
:640.jpeg)

:640.jpeg)
:640.jpeg)
15.28
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Bakının 28 May küçəsində yerləşən 1908-ci ildə inşa edilmiş memarlıq binasında qanunsuz olaraq artırılan mansardla bağlı açıqlama verib.
Qurumun mətbuat katibi Fariz Hüseynov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, məsələ barədə dövlət xidməti tərəfindən araşdırmalar başladılıb:
“Nəticə barədə əlavə məlumat veriləcək”.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, sözügedən binada qanunsuz olaraq artırılan mansard bu gün söküləcək.
Ötən gün sosial şəbəkələrdə yayılan məlumatlardan sonra Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən məsələyə hüquqi qiymət verilməsi üçün göstəriş verilib.
Qeyd edək ki, tarixi bina azərbaycanlı milyonçu Musa Nağıyevin sifarişi ilə tikilib.

İlhamə Əbülfət
Foto: Ramil Yunus