Bakıda həbsxanada yanğın baş verib.
Oxu.Az Report-a istinadən xəbər verir ki, yanğın Bakıda Daxili İşlər Nazirliyinin Xətai rayonu, N.Əliyev küçəsi 15 ünvanında yerləşən Yetkinlik Yaşına Çatmayanların Müvəqqəti Təcridxanasında baş vermiş yanğın söndürülüb.
Hadisə yerinə 5 yanğınsöndürən maşın və təcili tibbi yardım briqadası cəlb olunub. Müəssisədə saxlanılan məhkumlar təxliyə edilib.
Yanğının müəssisənin zirzəmi hissəsində baş verdiyi bildirilir. Müəssisəyə elektrik enerjisinin verilməsi dayandırılıb.
İlkin ehtimala görə, hadisəyə səbəb müəssisənin zirzəmi hissəsində olan elektrik qutusunda yaranan qısaqapanma olub.
A.M.