Bu gün Yasamal rayonu ərazisində yanğın hadisəsi qeydə alınıb.
Oxu.Az xəbər verir ki, hadisə şahidlərinin SalamNews-a verdiyi məlumata görə, Cəfər Cabbbarlı küçəsi ilə Naxçıvani küçəsinin kəsişməsində yerləşən təhlükəsizlik kamerası qəfil alovlanaraq yanmağa başlayıb.
Azərbaycan Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) hadisə ilə bağlı bildirilib ki, yanan kamera Daxili İşlər Nazirliyinin təhlükəsizlik şəhər kamerasıdır.
E.Ə.
www.oxu.az