Paytaxtın Səbail rayonu ərazisində, Fəvvarələr meydanında Sovet rejimini təbliğ edən vərəqələr yapışdırılıb.
Oxu.Az Cebhe.info-ya istinadən xəbər verir ki, naməlum şəxslər tərəfindən yapışdırılan vərəqələrdə “За родину, за свободу” , “Tоварищ Ленин”,”ССCР” və “Ленин жил, жив, будет жить” şüarları yazılıb.
Saytın əməkdaşları gecə satlarında yapışdırıldığı ehtimal edilən vərəqələrlə bağlı Səbail rayonu 9-cu polis bölməsinin əməkdaşlarını məlumatlandırıb. Bundan sonra şəhərin həmin ərazisinə yapışdırılan şüarlar polis əməkdaşları tərəfindən qoparılıb və şəxslərin müəyyənləşdirilməsi istiqamətində iş aparılacağı bildirilib.
E.Ə.
www.oxu.az