Bakı şəhəri, Nəsimi rayonunda yerləşən çoxmərtəbəli binanın zirzəmisində (“AF mall” ticarət mərkəzi kimi tanınır) 2 p.m elektrik kabeli yanıb.
Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, yanğın zamanı 2 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.
Hadisə zamanı xəsarət alan olmayıb. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
17:34
Bakının mərkəzində partlayış baş verib.
Oxu.Az-ın məlumatına görə, partlayış Səməd Vurğun küçəsi 34-də yerləşən “AF Mall” ticarət mərkəzinin avtodayanacaq hissəsində baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib.
Bakıda ticarət mərkəzində partlayış - VİDEO + YENİLƏNİB
Rəylər