Azərbaycanda dəhşətli intihar hadisəsi baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Binəqədi Rayon Prokurorluğundanverilən məlumata görə, hadisə Biləcəri dəmir yolu stansiyasının yaxınlığında qeydə alınıb.
Naxçıvan Muxtar Respublikası Ordubad rayon sakini, 1967-ci il təvəllüdlü Oqtay Bəhlul oğlu Muradov başını qatar relsinin üzərinə qoyub. Nəticədə qatar onun başını kəsib.
İntiharın səbəbləri məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.