“Azərbaycan Hava Yolları”nın keçiridiyi aksiyaya əsasən Bakı-İstanbul-Bakı (İstanbul-Bakı-İstanbul) aviabiletinin qiyməti 173 Avroya (yığım və rüsumlar daxil) düşüb.
Oxu.Az Gün.Az-a istinadən xəbər verir ki, aviaşirkət verdiyi məlumata görə, aksiyanın şərtlərinə əsasən uçuş tarixləri 21.01.14 - 28.02.2014-cü il tarixlərini əhatə etməlidir.
Biletlər isə 15.11.13 - 15.12.2013 tarixlərində əldə edilməlidir.
Bildirək ki, aviabiletin dəyişdirilməsi və qaytarılmasına icazə verilmir.
Bundan başqa, “Azərbaycan Hava Yolları”nın keçirdiyi xüsusi biznes sinif aksiyasına əsasən Bakı-İstanbul biznes sinifi ilə 347 Avro (yığım və rüsumlar daxil), İstanbul- Bakı biznes sinifi ilə 328 Avroya (yığım və rüsumlar daxil) uça bilərsiniz.