Bakının Nəsimi rayonunda üç avtomobil toqquşub, bir nəfər xəsarət alıb.
APA xəbər verir ki, hadisə Ziya Bünyadov prospektindəki tuneldə qeydə alınıb.
1992-ci il təvəllüdlü Atabəy Ramazanlı yüksək sürətlə idarə etdiyi “Chevrolet” markalı avtomobillə “Mercedes Benz” markalı avtomobilə çırpılıb. İdarəetmədən çıxan nəqliyyat vasitəsi daha sonra KIA markalı maşınla toqquşub. Zərbənin gücündən “Chevrolet” beton divara da dəyib.
Qəza nəticəsində A.Ramazanlı ağır xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.
Əraziyə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Polis təhlükəsizlik məqsədilə tunelin Qələbə dairəsi istiqamətinə olan hissəsini bağlayıb.
Qəzaya uğrayan avtomobillər evakuator vasitəsi ilə ərazidən uzaqlaşdırılıb.
View this post on Instagram"Ziya Bünyadov" teqi üzrə xəbərlər
- Sürücülük təlimində ciddi QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə əsas yola çıxdı - FOTO/VİDEO
- Paytaxtın hazırda hansı küçələrində sıxlıq var? - Siyahı - Foto
- SAKİNLƏRİN DİQQƏTİNƏ: Bu gün paytaxtın və bölgələrin bir sıra ərazilərində işıq olmayacaq
- Paytaxtda 14 istiqamətdə sıxlıq müşahidə olunur - FOTO - 05.08.2026
- Bakıda bəzi avtobus marşrutlarının hərəkət sxemi dəyişdirildi
Digər xəbərlər