Bakıda oğurluğa görə tutulan şəxsin digər əməlləri aşkar olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, oğurluq etdiyinə görə tutulan T.Mirələmovun ətrafında Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri keçirilib.
Onun rayon ərazisindəki üç evdən ümumilikdə 6000 manat dəyərində məişət əşyaları və inşaat materialları oğurlaması da müəyyən edilib.