Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Bakıda üç qumbara tapıldı
Bakı şəhəri, Nərimanov rayonu ərazisində sursat aşkar edilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 3 ədəd "F-1" əl qumbarası və 3 ədəd UZRQM partladıcısı olduğu müəyyən edilib.
Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

"Bakı" teqi üzrə xəbərlər
- Manuela Traldi: "Azərbaycanın biznesə yanaşması beynəlxalq səviyyədə tanınmağa layiqdir"
- Bakıda yaşayış binasında güclü yanğın olub
- Bakının hansı küçələrində sıxlıq var? - 25.02.2025
- Paytaxtın bəzi yollarında baş verən qəzalara görə sıxlıq yaranıb - SİYAHI
- Nostaljidən sevincə - Bakının qış MƏNZƏRƏSİ