Bakı şəhərində gənc ana üçəm dünyaya gətirib.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, Xətai rayon sakini olan 27 yaşlı Samirə Adıgözəlovanın 3 saylı Şəhər Xəstəxanasında 3 qız övladı doğulub.
Doğuş şöbəsinin həkimi Arzu Babayeva bildirdi ki, bu, S.Adıgözəlovanın ikinci hamiləliyi olub. Körpələrin çəkisi 1,600, 1,700, 1,800 qramdır.
S.Adıgözəlova bildirdi ki, üçəmlərdən başqa, bir qız övladı var. Hazırda 4 uşaqla qayınatasının Sabunçudakı evində yaşayır. Üçəm anası maddi problemlərindən söz açdı, dövlətin köməklik etməsini xahiş etdi.
E.Ə.