Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yanğın baş verib.
Oxu.Az Report-a istinadən məlumat verir ki, bu barədə Xətai Rayon İcra Hakimiyyətindən bildirilib. Gəncə prospektində, Ukrayna meydanının yaxınlığında yamac yanıb: “Həmin ərazidə ağaclara ziyan dəyməyib. Yanğınsöndürən maşınlar gəlib və alov söndürülüb. Hazırda yanğının qarşısı tam alınıb”.
A.M.