Bu gün saat 12:44-də Bakıda universitetdə tanınmış müəllim dərs zamanı dünyasını dəyişib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru 75 yaşlı Ağahüseyn Həsənovun dərs zamanı vəziyyəti qəfil pisləşib.
Hadisə yerinə həkim çağırılıb.
Lakin 75 yaşlı müəllimin həyatını xilas etmək mümkün olmayıb.