Azərbaycan və Asiya İnkişaf Bankı (AİB) 2007-ci ildə qəbul edilmiş Road Network Development Program çoxmərhələli maliyyələşdirmə proqramının (MFF) dördüncü tranşı üzrə danışıqların nəticələrini rəsmiləşdirirlər.
Oxu.Az-ın abc.az-a istinadən verdiyi xəbərə görə, Azərbaycan tərəfi bildirib ki, yanvar ayında Bakıda keçirilən danışıqların rəsmi yekun protokolları idarələrarası razılaşmalar mərhələsindədir.
“Bu razılaşmalar bitən kimi protokol imzalanacaq və bank tranşa icazə verməyə imkan qazanacaq” – deyə Azərbaycan tərəfi bildirib.
Bank Ağstafa yolunda Gürcüstanla sərhəddə dörd körpünün və elə həmin istiqamətdə yolun rekonstruksiyasına 45 milyon dollar verməyi təklif edir.
Dövlət 13 milyon dollar təqdim etməlidir ki, layihənin büdcəsini 58 milyona qaldırsın.
MFF 2007 vəsaiti 2017-ci ilin sentyabrına qədər istifadə edilməlidir.
Azərbaycan dövləti 28 noyabrda MFF 2007 ilin tranşı üzrə danışıqlardan imtina edib.
AİB öz növbəsində bu tranşın hesabına Azərbaycan dövlətinin avtomobil yollarının rekonstruksiyası üçün ekstra yardım göstərməyi planlayıb.
Tranşın həcmi AİB krediti kimi 45 milyon dollardır.