İyulun 3-ü saat 19:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Oxu.Az-a verilən məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti davam edir.
Daşkəsən, Gədəbəy, Qusarda arabir yağış yağır.
Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti arabir Culfada 22, Neftçalada 21, Bakıda və Abşeron yarımadasında 20, Naftalanda 18 m/s-yə çatır.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin iyulun 7-dək davam edəcəyi gözlənilir.
Azərbaycanda iyulun 3-ü günün ikinci yarısından 6-dək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
Bu barədə Oxu.Az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Naxçıvan MR, Qusar, Xaçmaz, Xızı, Salyan, Neftçala, Hacıqabul, Qobustan, Siyəzən, Şabran, Şirvan, Lənkəran, Lerik, Yardımlı, Cəlilabad, Masallı, Astara, Balakən, Qax, Biləsuvar, Şəki, Zaqatala, Gəncə, Samux, Naftalan, Goranboy, Gədəbəy, Daşkəsən, Göygöl, Kəlbəcər, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Saatlı, Sabirabad, İmişli, Zərdab, Qazax, Ağstafa, Şəmkir, Tovuz, Mingəçevir, Yevlax, Bərdə, Tərtərdə fasilələrlə şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Bakıda və Abşeron yarımadasında da şimal-qərb küləyi əsəcək, küləyin sürəti isə 20.8-28.4 m/san-dək güclənəcək.
İyulun 3-ü saat 11:00-a olan faktiki hava açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.
Düşən yağıntının miqdarı Balakəndə 33, Sarıbaşda (Qax) 14, Zaqatalada 11, Tovuzda 5, Ağstafa və Şəkidə 3, Ceyrançöl, Gədəbəy və Şahbuzda 2, Daşkəsən, Göygöl, Şəmkir, Kəlbəcər, Laçın, Qubadlı, Laza (Qusar) və Lerikdə 1 mm-dir.
Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Culfada 20, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Gəncədə 19 m/s-dək güclənir.
Dənizdə dalğanın hündürlüyü 3.4 metrə çatır.
Havanın maksimal temperaturu iyulun 2-də Bakıda və Abşeron yarımadasında 28, Naxçıvan MR-də, o cümlədən Aran rayonlarında 34, dağlıq rayonlarda isə 20 dərəcəyədək isti qeydə alınıb.