Azərbaycanlı müğənni və iş adamı Emin Ağalarov iyulun 6-da Rusiyanın Kalininqrad vilayətinin Svetloqorsk şəhərində baş tutmalı olan konsertin təxirə salınmasının səbəbini izah edib.
Oxu.Az bu barədə RBK-ya istinadla xəbər verir.
Ağalarovun sözlərinə görə, iş qrafikində dəyişiklik edildiyi üçün konsert 5 iyul 2026-cı il tarixinə təxirə salınıb.
"Bu məkan regionda ən populyardır, ona görə də konsert üçün yaxın tarixləri razılaşdırmaq mümkün olmadı. Tədbiri gələn ilə təxirə salmaq qərarına gəldik", - deyə müğənni vurğulayıb.
Bildirilir ki, köhnə biletlər etibarlı olacaq.
Azərbaycanın Xalq artisti Emin Ağalarov 2025-ci il iyulun 6-da Rusiyanın Svetloqorsk şəhərində planlaşdırdığı konsertinin vaxtını dəyişib.
Oxu.Az xəbər verir ki, konsert 5 iyul 2026-cı il tarixinə planlaşdırılıb.
"Əziz dostlar! Svetloqorskda keçiriləcək konsertin təxirə salınması ilə bağlı sizə məlumat verməyə məcburuq. Yeni tarix 5 iyul 2026-cı ildir. Biletlər etibarlı olacaq, lazım olarsa, onlar alındığı yerdə qaytarıla bilər. Narahatlığa görə üzr istəyirik!" - Emin Ağalarov özünün "Instagram" səhifəsində yazıb.
Xatırladaq ki, iyunun 29-da Azərbaycan Mədəniyyət Nazirliyi bəyanatla çıxış edərək Azərbaycanda Rusiya ilə bağlı mədəni tədbirlərin ləğv olunduğunu açıqlayıb. Buna səbəb kimi Rusiyanın Yekaterinburq vilayətində etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən nümayişkarcasına törədilmiş məqsədli və mühakiməsiz qətl və zorakılıq əməlləri göstərilib. Sözügedən bəyanatdan sonra "DREAM FEST 2025" beynəlxalq musiqi festivalının iştirakçılarının tərkibi də dəyişdirilib.