Bir neçə binanın toplaşaraq tikdikləri xeyir-şər evi sakinlərin heç bir xəbəri olmadan sökülüb.
Oxu.Az ANS TV-yə istinadən xəbər verir ki, Ziya Bünyadov 48,54 eləcə də, İbrahim Dadaşov 52 ünvanında bir neçə binanın xeyir-şər evi kimi istifadə olunan tikilisi indi kimlər tərəfindənsə özəlləşdirilərək sökülüb.
Sakinlərin sözlərinə görə, tikili bir vaxtlar sakinlərin şəxsi hesabına tikilib. İndi ona sahib çıxmağa heç kimin ixtiyarı yoxdur.
Şikayətçi Nadir Fərəcullazadənin sözlərinə görə, Nazirlər Kabinetinin qərarı var ki, iki bina arasında bina tikilməməlidir.
Sakinlər deyir ki, binalar arasındakı boş ərazi hissə-hissə bölünərək bir hissəsi avtoyumaya, digər hissəsi isə hansısa diş klinikasına sərf olunub.
Rayon İcra Hakimiyyətinin şöbə müdiri Hüseyn Cəfərov həmin ərazidə fərdi yaşayış evinin tikintisi üçün bütün sənədlərin qaydasında olduğunu bildirdi.
“Qaldı həmin xeyir-şər evinin sakinlərin vəsaiti hesabına tikilməsinə, belə bir iddiaları varsa məhkəməyə müraciət etsinlər”. deyə o bildirib.
Görünür bu məsələ sakinlərin xeyrinə həll olunmayacaq. Məlum olmayan bir məsələ isə tikilinin kimin və necə özəlləşdirə bilməsidir? Lap o tikili şəxsi hesaba başa gəlsə belə. Axı biz Zeynalabdin nəslindənik...