Xalq artisti İlhamə Quliyeva Azərbaycanın erməni sənətçilərindən danışıb.
Oxu.Az ANSPRESS-ə istinadən xəbər verir ki, ANS TV-nin “Adam içində” proqramının qonağı olan xalq artisti ölkəmizdə yetərincə erməni sənətçinin olduğunu bildirib:
“Əvvəllər hara baxırdıqsa erməni görürdük. Elə indi də aramızdadırlar. Mədəniyyət adamlarının arasında da az deyil. Bəli, aramızda ermənilər var. Bizim çörəyimizi yeyirlər. Qoy yaşasınlar. Biz bu gün də Azərbaycanda yaşayan ermənilərə sığal çəkirik. Qoy olsun, onlar ömrü boyu bizə, bizim mədəniyyətimizə möhtac olublar”.
İlhamə Quliyeva Azərbaycanda yaşadıqdan sonra Rusiyaya köçən müğənni İrina Alleqrovanın Bakıda konsert verməsindən qəzəbləndiyini bildirdi və o sənətçini Bakıya gətirənləri qınadı.
Sənətkar bütün baş verən neqativ hallarla bağlı mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə səslənib.