Bakının Yasamal rayonunda Azərbaycanın Milli bayrağı oğurlanıb.
Oxu.Az Day.Az-a istinadən xəbər verir ki, bu barədə rayon Polis İdarəsindən bildiriblər.
Məlumata görə, oğrular avqustun 5-də Ramiz Məmmədova məxsus obyekti qarət ediblər.
R.Məmmədovun Mikayıl Müşfiq küçəsində yerləşən “Atribut” ofis ləvazimatları mağazasından Azərbaycanın bayrağı və 700 manat pul oğurlanıb.
Qarətçilər həmçinin obyektin birinci mərtəbəsində yerləşən “Aida” gözəllik salonundan da oğurluq ediblər. Gözəllik salonundan 250 manat pul və 4 aparat oğurlanıb.
Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 177-ci maddəsi (oğurluq) üzrə cinayət işi qaldırılıb.