Bakıda 61 yaşlı kişi qətlə yetirilib.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsindən verilən məlumata görə, sabunçu qəsəbəsi Aydınbəyov küçəsi ev 27-nin qarşısında 1952-ci il təvəllüdlü Həsənov Tofiq Əli oğlu güllələnərək qətlə yetirilib.
Hadisə yerindən tapança gülləsinə aid 6 giliz tapılıb.
Qətlin kim tərəfindən törədilməsi hələlik məlum deyil. Qətlə yetirilmiş T.Həsənov ömrünün xeyli hissəsini həbsxanalarda keçirib.
O, kriminal aləmdə “Qara Tofiq” adı ilə tanınırmış. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.