Azərbaycanın 1300-ə yaxın kəndində su təchizatı sistemində ciddi çatışmazlıq var.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, bunu “Azərsu” ASC-nin departament rəisi Əhməd Məmmədov bildirib.
O deyib ki, bu gün Azərbaycanda 3 300-ə yaxın kənd yaşayış məntəqələri mövcuddur.
Apraılmış araşdırmalar göstərir ki, bunun 1 300-də su təchizatı sistemi yüksək səviyyədə deyil və burada ciddi çatışmazlıq mövcuddur.
Bunları nəzərə alaraq "Azərsu" kənd yaşayış məntəqələrinin su təchizatının yaxşılaşdırılması istiqamətində ardıcıl layihələr həyata keçirir.
İndi Ağsu, Zərdab, Kürdəmir rayonlarının bir çox kənd yaşayış məntəqələri içməli su ilə təchizatlaşdırılmış qaydada təmin olunur.
Bu işlər digər rayonlarda da davam etdirilir.