Sentyabrın 5-də “Yarat!” tərəfindən təşkil olunmuş Participate Bakı Pablik Art 2013 festivalı çərçivəsində Bakıda danimarkalı rəssam Florentin Hoffmanın məşhur “Rezin ördək” – hündürlüyü 16,5 metrə çatan əsərini nümayiş etdirəcəklər.
Oxu.Az 1news.az-a istinadən xəbər verir ki, “Rezin ördək” artıq Azərbaycanın paytaxtındadır. Sizə həmin “ördəyin” fotoşəkillərini təqdim edirik.
Xatırladaq ki, “Rezin ördək” 1 ay ərzində Bakı buxtasında üzəcək. Buna qədər o, Sidney, Osaka və San-Pauloda nümayiş etdirilib. 
www.oxu.az