Bakı şəhəri Nizami rayonunda mənzillərin birində oğurluq hadisəsi baş verib.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Hadisə nəticəsində naməlum şəraitdə 40 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Əməliyyat-axtarış tədbirləri aparılan zaman oğurluğu törətməkdə şübhəli bilinən orada xadimə işləyən Bakı şəhər sakini S.Abdulova saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.