Bakının Nəsimi rayonu, Azadlıq prospektində baş vermiş yanğın söndürülüb.
Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Bildirilib ki, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən əraziyə operativ müdaxilə olunub.
Ətraf ərazilər yanğından mühafizə edilib.
Bakının Nəsimi rayonu, Azadlıq prospektində məişət tullantıları yanır.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.