Bakıda mənzildə yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, hadisə paytaxtın Suraxanı rayonunda baş verib.
Ümumi sahəsi 67 m² olan üç otaqlı mənzilin mətbəxində çarpayı yanıb. Yanğının kəşfiyyatı zamanı ev sahibi 1983-cü il təvəllüdlü Kornaunov Vasiliy Dimitriyeviçin meyiti aşkar olunub.
Mənzilin qalan hissəsi yanğından mühafizə edilib. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.